“Qlobal iqtisadiyyat bir və ya iki il əvvəl gözlənildiyindən daha möhkəm olduğunu sübut etdi”.

Bunu Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (Beynəlxalq Valyuta Fondunun rəhbər orqanı) sədri, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan bəyan edib.

“Düşünürəm ki, iki il əvvəl, hətta bir il əvvəl burada olsaydıq və qarşıdakı dövrdə nələrin baş verəcəyinə baxsaq, daha pessimist olacağımızı xatırlamağa dəyər. Əslində indi baş verənlər gözlədiyimizdən qat-qat yaxşıdır”, – deyə o bildirib.

İstinadlar Report