Noyabrın 29-da Buzovna qəsəbəsində bir ailədən 3 nəfəri qətlə yetirən, daha bir nəfəri yaralayan 1976-cı il təvəllüdlü Səfərov Nofəl Səfər oğlu barəsində istintaq müddəti üçün məhkəmə qərarı çıxarılıb.

Keçmiş həyat yoldaşənın babası, nənəsi və dayısını öldürən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

İstinadlar Qafqazinfo