Mübariz Mənsimov SOCAR’dakı bəzi şəxsləri tənqid edəndən sonra ona qarşı kampaniya aparıldığını iddia edərək növbəti dəfə sərt cavablar verib:

“Xalqın boğazından kəsib, mənim haqqımda yazı yazdıran sifarişçilər və o pulları yeyən, onların əlaltısı olan jurnalistlər! Məndən xəbər yazıb, məni ermənilərlə iş birliyində günahlandırırsız. Bir az vicdanlı və dürüst olun! Ermənilərlə kimin və necə işlədiyinə dair sübutlarım, faktlarım var. Ən əsası isə bilin ki, mənim Rus şirketleriyle çalışmamağıma ilk olaraq həm də bu səbəb oldu. Mənim bütün layihələrdə şərtim var idi ki, Ve hala var ermənilərə neft satılmayacaq, ermənilər üçün heç nə daşınmayacaq. Buna görə, razılaşma pozuldu. Sizə hesab vermirəm sadəcə gözünüzə soxuram biləsiz. Görürəm ki, bəzi adamlar həqiqəti görməkdən qorxur.
Vurğulayaraq deyirəm ki, axmaqlar, siz məni nə qorxuda bilərsiniz, nə də mənə gücünüz çatar. Ben Allah’tan başka hiç kimden ve hiç neden korkmam Boş yerə mənimlə mübarizə aparmayın. Ondansa “insanlara necə kömək edək” deyə başınızı yorun. O ki qaldı mənə, əlimi yaxanızdan çəkməyəcəm. Sizin əməllərinizin izini buraxmayacam. Məhkəmə bitəndə çox şey ortaya çıxacaq. Cənab Abdullayev və imperiyasının baş oğrusu Anar Əliyev deyim, yoxsa Arda Akın, Anar Əlizadə? İnsanın niyə 3 adı və pasportu olsun ki? Hansı şirkətinizin hara və kimə nə satdığını çox yaxın günlərdə açıq şəkildə təqdim edəcəm. Ondan sonra hesabat verərsiniz. Çıxıb, işlərinizlə bağlı açıqlama verərsiniz. Bitti? Kimə nə danışırsız?!
Məni erməni ilə ortaq göstərən yazıqlar, mən sizin izinizi buraxmayacaq. Siz düşünürsüz ki, gücünüz, imperiyanız var? siz bir hiçsiniz. Yanılırsız. Allah gücü insana ürəkdə verir. Pulla hamını satın ala bilərsiz, amma pisliklərinizi ört-basdır edə bilməzsiz. Özünü millətin vəkili sayan, amma heç bir işə yaramayan adama da demək istəyirəm ki, mənə kişilikdən danışmasın! O yaxana taxdığın nişanı elə xalq özü söküb atacaq.
Hər kəs bilsin ki, mənim dövlətimlə heç vaxt problemim olmayıb, olmayacaq da! Mənim davam dövlətin arxasına sığınan bu oğrularladır və onlarla bağlı faktları dövlətimə təqdim etməyə hazıram. Mən illər öncə hansı mövqedəydimsə, indi də o mövqedəyəm. Mən vaxtilə, Heydər Əliyevin əsgəri olduğumu demişdim, bu gün də həmin əsgər olaraq bu parazitlərlə mübarizə aparıram və aparacağam. Məncə, qoxmasınlar, titrəsinlər!