Burundinin paytaxtı Giteqada həbsxanada baş verən yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfər yaralanıb.

Bu barədə məlumat yerli “Iwacu” qəzetinin tviter səhifəsində paylaşılıb.

Hadisə dekabrın 7-də yerli vaxtla səhər saat 4-də (Bakı vaxtı ilə 06:00-da) baş verib. Hadisə yerinə Qırmızı Xaç Cəmiyyətinin üzvləri gedib. Yanğın baş verən həbsxanada mindən çox məhbus saxlanılır.

İstinadlar Report