Türkiyənin Bursa şəhərində Bursa Ticarət və Sənaye Palatasının (BTSP) təşkilatçılığı ilə “Azərbaycanın investisiya mühiti: stimullaşdırma, güzəştlər, idxal və ixrac imkanları” mövzusunda seminar keçirilib.
Bu barədə BTSP-nin “Linkedin” hesabında bildirilib.
Bildirilib ki, adı çəkilən tədbir Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrinin müavini Murat Bayızıt, Azərbaycanın Türkiyədəki Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Azərbaycanın İstanbuldakı Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev və Bursa iş dünyası nümayəndələrinin iştirakı ilə baş tutub.