Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda xidməti mikroavtobusla yolsuzluq avtomobilinin toqquşması səkkiz nəfərin yaralanması ilə nəticələnib.

Bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, avtomobillərin çırpılması şiddətindən mikroavtobus tramvay xəttinə girib. Qəzada hər bir nəqliyyat vasitəsində dörd nəfər yaralanıb.

İlkin məlumata görə, yaralıların həyati təhlükəsi yoxdur.

İstinadlar Report