Burkino-Fasonun şimalında terrorçular bazara hücum edib.

Bu barədə “RTB” radiosu məlumat yayıb.

Xəbərdə bildirilir ki, 20 yanvarda Naqraoqo yaşayış mərkəzində yerləşən bazara hücum edən silahlı terrorçular 32 nəfəri öldürüb daha sonra bazarı yandırıblar.

Alamu kəndində isə dörd nəfər terrorçular tərəfindən qətlə yetirilib.

Silahlı hücum zamanı üç nəfər yaralanıb. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

İstinadlar Report