Burkina-Fasonun şimalında yerləşən kəndlərdən birində silahlı qruplaşma üzvlərinin hücumu zamanı 17 dinc sakin qətlə yetirilib.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, hadisə Soum əyalətinin Belhid yaşayış məntəqəsində qeydə alınıb. Yaraqlılar qətliamı törətdikdən sonra hadisə yerindən qaçıblar.

İstinadlar Report