Silahlı şəxslərin Burkina-Fasonun şimalında təchizat karvanına hücumu nəticəsində ən azı 10 nəfər həlak olub.

Məlumata görə, hərbçilərin müşayiəti ilə Jibo şəhərinə gedən təchizat karvanı Qaskinde şəhəri yaxınlığında terror hücumuna məruz qalıb.

“Təəssüf ki, hücum insan tələfatı və maddi ziyanla nəticələnib”, – hərbçilərin bəyanatında deyilir.

İstinadlar Report