Burkina Fasoda iğtişaşlarda iştirak edən hərbçilər Prezident Roka Mark Kristian Kaborenin istefasını tələb ediblər.

Bu barədə bazar ertəsi LSI telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, hazırda dövlət başçısı jandarm qüvvələrinin himayəsindədir.

LSI-Afrika portalı isə xəbər verib ki, Prezidentin ailəsi ölkəni tərk edib.

Burkina Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atışma səsləri eşidilib. Yanvarın 23-dən bütün ölkədə komendant saatı tətbiq edilib.

İstinadlar Report