Burkina-Faso hakimiyyəti Fransanın “Radio France internationale” (RFI) radiostansiyasının fəaliyyətinin dayandırılması və növbəti xəbərdarlığa qədər proqramlarının ölkə daxilində yayımının qadağan olunması barədə göstəriş verib.

Bu barədə “Burkina24” xəbər portalı məlumat yayıb.

Rabitə, mədəniyyət, incəsənət və turizm naziri Jan Emmanuel Uedraoqonun imzaladığı kommünikedə deyilir ki, RFI terrorçu qrupların ölkə sakinlərinin vətəni müdafiə etmək üçün səfərbər olunmasının qarşısını almaq cəhdlərinə kömək edir.

İstinadlar Report