Cümə günü Burkina-Fasoda hərbi qrup dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirib və polkovnik-leytenant Paul-Henri Sandaoqo Damibanı prezident postundan kənarlaşdırıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edib ki, kapitan İbrahim Traore Burkina-Fasonun yeni lideri olub. Axşam saatlarında bir qrup hərbçi dövlət televiziyası ilə canlı efirə çıxıb və prezidentin vəzifəsindən uzaqlaşdırıldığını bəyan edib. “Damiba təhlükəsizlik vəziyyətinin pisləşməsi və yaraqlıların artmasının öhdəsindən gələ bilməyəcəyini sübut etdi”, – hərbçilərdən biri deyib.

İstinadlar Report