Burkina Faso Prezidenti Roş Mark Kabore Qərbi Afrika ölkəsində hərbi qiyamla bağlı xəbərlər fonunda istefa verib.

Daha əvvəl LSI portalı Prezident Roş Mark Kaborenin ailəsinin Burkina Fasonu tərk etdiyini bildirmişdi. Hərbi qiyamçılar Prezidentin istefasını tələb ediblər. Liderin özünün jandarm qüvvələrinin himayəsində qaldığı iddia olunur. Şahidlərin mətbuata verdiyi məlumata görə, bazar günü axşam Prezident iqamətgahı yaxınlığında atışma səsləri eşidilib, səmada helikopterlər görünüb.

Qeyd olunur ki, Kabore bazar günündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun istefası barədə təhlükəsizlik və siyasi mənbələr “Reuters” agentliyinə məlumat veriblər.

İstinadlar Report