Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso Prezidenti, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

Bu barədə “Radio France internationale” radiostansiyası məlumat yayıb.

Radiostansiya bildirib ki, Damiba qiyamçıların istefa tələbi ilə razılaşıb. Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. “Radio France internationale” vurğulayıb ki, Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo Prezidenti For Qnassinqbe Burkina-Fasonun keçmiş prezidentinin gəlişinə razılıq verib.

İstinadlar Report