Burkina-Faso hökuməti Prezident İbrahim Traorenin sədrliyi ilə ölkədə Atom Enerjisi Agentliyinin yaradılması haqqında qərar qəbul edib.

Bu barədə Burkiniya İnformasiya Agentliyi (BİA) məlumat yayıb.

Sənəddə Burkinonun Atom Enerjisi Agentliyinin səlahiyyətləri və fəaliyyət qaydalarına dair müddəalar müəyyənləşdirilir. Traorenin sözlərinə görə, agentliyin yaradılması Burkina-Fasonun enerji müstəqilliyini, ölkənin sənayeləşməsini təmin edəcək və ölkə daxilində elektrik enerjisinə çıxışı asanlaşdıracaq.

İstinadlar Report