“Buran” sovet kosmik gəmisinin sahibi, qazaxıstanlı iş adamı Dauren Musa Qazaxıstan Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Axtarış barədə məlumat Qazaxıstan Baş Prokurorluğunun hüquqi statistika və xüsusi qeydlər portalının saytında dərc olunub.

İş adamı dələduzluqda şübhəli bilinərək axtarışa verilib. Hələlik işin digər təfərrüatları açıqlanmayıb.

Qeyd olunub ki, 2021-ci ildə “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin iş adamını dəhşətli vəziyyətdə olan Buran kosmik gəmisini Baykonur şəhərinə verməyə çağırıb. Lakin Qazaxıstanın “Baykonur Raket və Kosmik Şirkəti ASC”nin baş direktoru “Buran” kosmik gəmini Rusiyaya verməkdən imtina edib.

Bu səhmdar cəmiyyət Alma-Ata şəhərində qeydiyyatdan keçmiş Qazaxıstan özəl şirkəti olmaqla “Roskosmos”un strukturuna daxil deyil.

İstinadlar Report