Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Mötəbər tədbirin uğurla keçirilməsində burada çalışan könüllülərin də əməyi böyükdür.
Əməliyyat Şirkətinin 17 departamentində, ümumilikdə, 35 istiqamət üzrə 3 min könüllü çalışır. Onlar tədbirə gələn qonaqları və media nümayəndələrini istiqamətləndirərək lazımi informasiyaları verirlər. Həm bir neçə dil biliklərinin olması, gülərüz və yüksək ünsiyyət bacarığı onları fərqli edir.
“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin könüllülərlə bağlı çəkdiyi fotoları təqdim edirik: