Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib.

Bu barədə nazir bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, normalda müəllim özü dərsdən sonra qalıb şagirdlə məşğul ola bilər: “Burada qeyri-qanuni heç nə yoxdur. Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər.

Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo