
“Kibercinayətkarlığın bütün növlərinin qarşısının alınması üçün xüsusi hüquqi baza hazırlanıb”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Fuad Ələsgərov bildirib ki, Kibercinayətkarlıq haqqında konvensiyanın birinci fəsli qanunvericiliyə əlavə edilsə də, hələ də ikinci fəsli işlənir: “Real vaxt rejimində bir sıra cinayət təqibi, eləcə də digər qaydaların qanunvericilikdə təsbit edilməsi bu istiqamətdə işləri daha da asanlaşdıracaq”.
Sail Ağasəlim