AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • 15 dərəcə şaxta var – Faktiki hava
  • Azərbaycanın xilasediciləri dağıntılar altından daha 2 nəfərin meyitini çıxarıb
  • Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?
  • Kahramanmaraşdakı güclü zəlzələdən sonra 1 117 afterşok qeydə alınıb
  • Şəmsiyyə Bəylərqızı 50 minlik dələduzluqda ittiham olunur
  • Suriyada zəlzələdə ölənlərin sayı 3 mini keçib
  • Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
  • Respublika yollarında vəziyyət necədir?
  • Güclü külək Bakıda 15 ağaca ziyan vurub
  • Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının tarixi və gündəliyi açıqlanıb
  • Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?
  • Şəmsiyyə Bəylərqızı 50 minlik dələduzluqda ittiham olunur
  • Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
  • Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video
  • Nyu-Yorkdan zəlzələ bölgəsinə humanitar yardım göndərilib
  • FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO
  • İsmayıllıda mağaza işçisinə qarşı soyğunçuluq edən şəxsdən odlu silah götürülüb
  • Ekskavatorçunun diqqəti azyaşlını xilas etdi
  • Əminə Ərdoğan zəlzələdə sağ qalan körpələri ziyarət etdi – Foto
  • Dağıntılardan çıxarılan kimsəsiz uşaqların aqibəti necə olacaq? – Rəsmi açıqlama
  • Azərbaycanlılar 27 canı belə xilas etdi – Video
  • Türkiyə Ədliyyə Nazirliyi Hatay həbsxanasındakı qarşıdurmaya münasibət bildirib
  • Blinken: “Türkiyə və Suriyadakı görüntülər ürək ağrıdır”
  • Əmək nazirinin müavini BMT-nin Sosial İnkişaf Komissiyasının 61-ci Sessiyasında çıxış edib
  • Türkiyənin şərqində güclü zəlzələ olub
  • Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“Bunu məmurlara sübut etmək olmur” – Video
14/11/2022 11:05
Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video
09/02/2023 09:29
FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO
09/02/2023 08:56
Azərbaycanlılar 27 canı belə xilas etdi – Video
09/02/2023 03:56
69 saata çıxarılan möcüzənin adı “Ali” – Video
09/02/2023 02:56
“Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video
08/02/2023 22:23
RİİB-in yardım kampaniyasında izdiham – Fotolar+Video
08/02/2023 17:57
Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO
08/02/2023 16:23
Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”
08/02/2023 14:47
Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video
08/02/2023 13:43
Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video
08/02/2023 13:26
Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video
08/02/2023 12:02
Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video
08/02/2023 10:11
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO
08/02/2023 08:32
İskenderun limanında yanğın gücləndi – Video
08/02/2023 02:26
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO
07/02/2023 21:38
25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO
07/02/2023 20:16

Video xəbərlər

  • Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video
  • FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO
  • Azərbaycanlılar 27 canı belə xilas etdi – Video
  • 69 saata çıxarılan möcüzənin adı “Ali” – Video
  • “Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

09/02/2023
10:44 15 dərəcə şaxta var – Faktiki hava
10:25 Azərbaycanın xilasediciləri dağıntılar altından daha 2 nəfərin meyitini çıxarıb
10:23 Şəhid atası 43 saat polis bölməsində saxlanılıb?
10:17 Kahramanmaraşdakı güclü zəlzələdən sonra 1 117 afterşok qeydə alınıb
10:14 Şəmsiyyə Bəylərqızı 50 minlik dələduzluqda ittiham olunur
10:08 Suriyada zəlzələdə ölənlərin sayı 3 mini keçib
09:53 Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
09:44 Respublika yollarında vəziyyət necədir?
09:41 Güclü külək Bakıda 15 ağaca ziyan vurub
09:37 Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının tarixi və gündəliyi açıqlanıb
09:35 Azərbaycan nefti 1 dollar bahalaşıb
09:29 Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video
09:17 Bakıda sığınacağa yerləşdirilmiş 17 yaşlı qız itkin düşüb
09:02 Nyu-Yorkdan zəlzələ bölgəsinə humanitar yardım göndərilib
08:56 FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO
08:53 İsmayıllıda mağaza işçisinə qarşı soyğunçuluq edən şəxsdən odlu silah götürülüb
08:17 Ekskavatorçunun diqqəti azyaşlını xilas etdi
08:08 Heydər Əliyev Fondu fevralın 14-dək Türkiyəyə yardım toplayacaq
08:05 Xankəndi-Laçın yolundakı aksiya 60 gündür davam edir: etirazçıların fəallığı yüksəkdir 
07:47 Bayden ikinci müddətə namizədliyi barədə hələlik “qəti qərar” vermədiyini açıqlayıb
07:23 7 600-dən çox rusiyalı təslim olmaq üçün “Yaşamaq istəyirəm” layihəsinə müraciət edib
07:05 Türkiyəli müğənni, yoldaşı və qızları həlak oldu
06:47 Monrealda avtobus uşaq bağçasına çırpılıb, ölənlər və yaralananlar var
06:05 Əminə Ərdoğan zəlzələdə sağ qalan körpələri ziyarət etdi – Foto
05:38 Rusiyada beşmərtəbəli binada güclü partlayış olub, blok uçub
05:37 Suriyada müxalifətin nəzarət etdiyi ərazidə 2 minə yaxın insan ölüb
05:34 Faciə boyda foto…
05:32 Dağıntılardan çıxarılan kimsəsiz uşaqların aqibəti necə olacaq? – Rəsmi açıqlama
04:32 Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb
04:14 KİV: “Baydenin Rusiya və Mərkəzi Asiya üzrə baş müşaviri vəzifəsini tərk edib”
03:56 Azərbaycanlılar 27 canı belə xilas etdi – Video
03:35 Türkiyə Ədliyyə Nazirliyi Hatay həbsxanasındakı qarşıdurmaya münasibət bildirib
03:23 Türkiyədə tviter tam açılacaq, rəsmilər danışdı
03:08 Blinken: “Türkiyə və Suriyadakı görüntülər ürək ağrıdır”
02:56 69 saata çıxarılan möcüzənin adı “Ali” – Video
02:53 Əmək nazirinin müavini BMT-nin Sosial İnkişaf Komissiyasının 61-ci Sessiyasında çıxış edib
02:10 Türkiyənin şərqində güclü zəlzələ olub
02:07 Zelenski Minsk razılaşmalarını “Rusiyaya güzəşt” olduğunu hesab edir
02:05 Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib
02:02 Zelenski Parisdə səfərdədir
01:14 Məşhur “qanuni oğru” həbs olundu
00:44 Dağıntılar altından quşu ilə birgə xilas edilən uşaq… – Fotolar
08/02/2023
23:49 Zəlzələ altında qalan fenomenin bu müsahibəsi gündəm oldu
23:47 Yunanıstan Türkiyəyə daha bir qrup xilasedici göndərib
23:14 Zəlzələdən zərərçəkmiş vətəndaşlarımız ölkəmizə təxliyə olunublar
22:30 BMT rəsmiləri Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək
22:25 Biləsuvar və Cəlilabad sakinləri də Türkiyəyə yardım kampaniyasına qoşulublar
22:23 “Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video
21:26 Fuat Oktay ərazidə olan afterşokların və yardım əli uzadan ölkələrin sayını açıqlayıb
21:22 Azərbaycandan göndərilən növbəti 229 nəfərlik xilasetmə heyəti Kahramanmaraşa çatıb
21:20 Azərbaycan xəstəxanalarında zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrılıb
21:11 Ermənistan və İran Azərbaycana hücuma hazırlaşır?
21:02 Azərbaycan Ordusunun hərbi həkimi: “Türkiyədə dağıntılar altında qalmış şəxslərin təxliyəsi üçün bizim həkimlərdən də ayrılır”
20:59 Şuşaya qar yağır, yolların təmizlənməsi davam etdirilir
20:56 4:17-də dayanan saat… – Foto
20:53 Roma Papası Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına yardım etməyə çağırıb
20:38 Aran bölgəsinin sakinləri də Türkiyədəki zəlzələdə ziyan çəkənlərə yardım kompaniyasına start verib
20:30 Moskva azərbaycanlıları türk qardaşlarına yardım edir
20:08 Gəncədə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımlar toplanılır
20:05 Xankəndi-Laçın yolunda aksiya: ekofəallar qar yağmasına baxmayaq etirazlarını davam etdirir

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“Bunu məmurlara sübut etmək olmur” – Video

Multimedia 14/11/2022 11:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Любовь.Собак@.Точка-ru” tamaşasının premyerası baş tutub.

Xalq artisti Aleksandra Nikuşinanın 70 illik yubileyinə həsr olunmuş səhnə əsərinin rejissoru Xalq artisti Aleksandr Şarovski çıxış edib. Baş rolları Aleksandra Nikuşina və Əməkdar artist Yuri Omelçenko canlandırıblar.

Anşlaqla keçən tamaşanın sonunda çıxış edən A. Şarovski aktyor həyatının çətinliyindən danışıb: “Sonda səhnəyə tökülən zər, ilk baxışda, gümüşü kağızın parçalarıdır. Bu isə aktyor həyatı, teatr həyatıdır. Bu gün teatrda bayramdır. Teatr bayramı həyatını səhnəyə verənlər üçün təşkil edir. Kənardan aktyor həyatı bayram kimi görünür. Təəssüflər olsun, bu, belə deyil. Aktyor həyatı günəş altında yer üçün, sağ qalmaq üçün ciddi və ağır mübarizədir. Yer – səhnə, günəş – səhnə işığı, qızıl isə yerdəki zərdir. Bu gün biz bir daha əmin olduq ki, aktyorun yaşı yoxdur. Bunu bütün məmurlar başa düşmür və heç cür sübut da etmək olmur”.

Oxumağa dəyər:   Azərbaycanda əcnəbilərə müvəqqəti yaşamaq icazəsinin verilməsi şərtləri sərtləşdirilir

A.Nikuşina doğum gününü səhnədə qarşıladığından çox xoşbəxt olduğunu bildirib: “Aktrisa üçün səhnəyə çıxmaqdan böyük mükafat yoxdur. Nə qədər ki, səhnə var, biz -aktyorlar sağıq. Gəlin, biz isə sizin üçün yaşayacağıq”.

Hüseyn Məmmədsalahov

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video

Multimedia 09/02/2023 09:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb.

Yük təyyarəsi faciədən zərərçəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparıb. 

Fondun əməkdaşı Elvin Aslanov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən yardımlar davam etdiriləcək: “Azərbaycanda türkiyəli qardaşlarımıza çox böyük dəstək var. Hazırda gətirilən humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bu, ilkin yardımlardır. Növbəti mərhələdə yardımların gətirilməsi davam edəcək. “.

Ətraflı videomaterialda:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO

Multimedia 09/02/2023 08:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycanlılar 27 canı belə xilas etdi – Video

Multimedia 09/02/2023 03:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgələrində axtarış əməliyyatları davam edir.

Azərbaycanlı xilasedicilər dağıntılar altından 5-i uşaq olmaqla, 27 nəfəri çıxarıblar.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

Daha ətraflı “Haber Global”ın hazırladığı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

69 saata çıxarılan möcüzənin adı “Ali” – Video

Multimedia 09/02/2023 02:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Kahramanmaraşda dağıntılar altında qalan 27 yaşlı Ali adlı şəxsi axtarış-xilasetmə qrupu xilas edib.

O, çökən 7 mərtəbəli yaşayış binasının dağıntılarından 69 saat sonra çıxarılıb. 

Xilasetmə görüntülərini təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video

Multimedia 08/02/2023 22:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” həmin görüşün videosunu təqdim edir:

 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

RİİB-in yardım kampaniyasında izdiham – Fotolar+Video

Multimedia 08/02/2023 17:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyədə zəlzələ bölgəsinə humanitar yardım kampaniyasına start verib.

Bakı İdman Sarayında (Neftçilər prospekti) təşkil olunan yardım aksiyasında günün ilk saatlarından izdiham müşahidə olunub. Təkcə Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən olan vətəndaşlar aksiyaya qatılaraq çoxsaylı əşya və ləvazimat gətiriblər.

RİİB könüllüləri həmin ləvazimatların içəri daşınması və seçilib komplektləşdirilməsində fəal iştirak ediblər.

Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev bildirib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyi bu aksiyanı Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarına çağırışına dəstək olaraq həyata keçirilir. 

“Sanitar-epidemioloji şərtlərdən irəli gələrək virus yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır. Yardım kampaniyasının fevralın 14-nə qədər davam etməsi nəzərdə tutulub. Səhər 11-dən axşam 8-ə kimi vətəndaşlar yaxınlaşıb öz ianələrini edə bilərlər”.

Oxumağa dəyər:   Bakıda evdən meyit tapılıb

RİİB yardım kampaniyasında fəal iştirakına görə vətəndaşlara təşəkkür edib.













İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO

Hadisə 08/02/2023 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”

Multimedia 08/02/2023 14:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avtomobillə piyadanı vurub qaçmaqda ittiham edilən bloqer Səbinə Kətanova hadisənin görüntülərini paylaşıb.

“Qafqazinfo”ya açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.

Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.

S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: “Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, “siz neynirsiz belə?”, o da qayıtdı ki, “siz məni vurdunuz”. Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz”.

Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: “Həmin adama dedim, “məni tanıyırsınız”? Dedi, “hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız”. Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri…”

Oxumağa dəyər:   Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb - Video

S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: “2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir”.

Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video

Multimedia 08/02/2023 13:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video

Multimedia 08/02/2023 13:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.

Hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.

Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb. 

Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: “Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb”.

Hadisənin videosunu təqdim edirik:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video

Multimedia 08/02/2023 12:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məşhur meyxanaçı Balaəli Maştağalının yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.

Görüntülərdə onun “Range Rover” markalı avtomobili yolun hərəkət hissəsində saxlayaraq mağazaya getdiyi, arxada gələn avtobusa maneə törətdiyi görünür. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, meyxanaçının bu hərəkəti məsuliyyətsizlikdir: “Cəmiyyətdə tanınan şəxslər nümunəvi hərəkət etməlidir ki, digər insanlara məsuliyyətli olmağı aşılasın. Avtobusda gözləyənlər də insandır, onu yersiz gözlətdirən də. Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də Baləli üçün bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir”.

Oxumağa dəyər:   "Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır" - Prezident+Video

Polis mayoru bu kimi hadisələrin Bakıda adətən restoranların qarşısında yaşandığını bildirib: “Restoranların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Polis əməkdaşları onları qeydə alıb protokol tərtib edəndə isə, “20 manatdır da, çəkirsən çək” deyir. Təbii ki, bu arzuolunmaz haldır, cəmiyyətin sosial cəhətdən aşağı təbəqəsini qıcıqlandırmaqdır”.

Amin Nəzərli

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video

Multimedia 08/02/2023 10:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.

Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir.

Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO

Hadisə 08/02/2023 08:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İskenderun limanında yanğın gücləndi – Video

Multimedia 08/02/2023 02:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin İskenderun limanındakı yanğın davam edir.

Hatay şəhərinin İskenderun rayonunda ötən gün zəlzələ nəticəsində aşan konteynerlərdə başlamış yanğın hələ də söndürülməyib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO

Multimedia 07/02/2023 21:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.

Təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçiriblər.

Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.

Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO

Multimedia 07/02/2023 20:16
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xətai rayonunda yerləşən dövlətin balansında olan transfarmator məntəqələrindən birindən oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə  nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb.

Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.

Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla  bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 09/02/2023 09:29

Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video

Read more
Multimedia 09/02/2023 08:56

FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO

Read more
Multimedia 09/02/2023 03:56

Azərbaycanlılar 27 canı belə xilas etdi – Video

Read more
Multimedia 09/02/2023 02:56

69 saata çıxarılan möcüzənin adı “Ali” – Video

Read more
Multimedia 08/02/2023 22:23

“Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video

Read more
Multimedia 08/02/2023 17:57

RİİB-in yardım kampaniyasında izdiham – Fotolar+Video

Read more
Hadisə 08/02/2023 16:23

Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 08/02/2023 14:47

Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”

Read more
Multimedia 08/02/2023 13:43

Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video

Read more
Multimedia 08/02/2023 13:26

Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video

Read more
Multimedia 08/02/2023 12:02

Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video

Read more
Multimedia 08/02/2023 10:11

Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video

Read more
Hadisə 08/02/2023 08:32

FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO

Read more
Multimedia 08/02/2023 02:26

İskenderun limanında yanğın gücləndi – Video

Read more
Multimedia 07/02/2023 21:38

Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO

Read more
Multimedia 07/02/2023 20:16

25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO

Read more
Multimedia 07/02/2023 18:20

Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb – VİDEO

Read more
Multimedia 07/02/2023 15:38

Növbəti yardım təyyarəsi Türkiyəyə göndərildi – Video

Read more
Hadisə 07/02/2023 12:01

Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb – VİDEO

Read more
Hadisə 07/02/2023 11:38

FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO

Read more
Multimedia 07/02/2023 10:50

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO

Read more
Multimedia 07/02/2023 01:17

Dağıntılar altından çəkdiyi video həyatını xilas etdi – Video

Read more
Multimedia 07/02/2023 00:05

İməkləyərək dağıntılar altından çıxdı… – Video

Read more
Multimedia 06/02/2023 18:35

Xilasedicilərimiz Türkiyədə – Video

Read more
Multimedia 06/02/2023 17:41

Kahramanmaraşdakı azərbaycanlıların vəziyyəti necədir? – Video

Read more
Multimedia 06/02/2023 17:11

“Polisə əllə işarə etdi və silahla binaya daxil oldu” – Video

Read more
Multimedia 06/02/2023 16:59

Türkiyədə nazir toplantı keçirən zaman zəlzələ olub – VİDEO

Read more
Multimedia 06/02/2023 16:07

Fərdi yaşayış evində partlayış – Video

Read more
Hadisə 06/02/2023 11:50

Bakı-Quba yolunda minik avtomobili qəzaya uğrayıb, yanğın olub – VİDEO

Read more
Multimedia 05/02/2023 17:20

Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb – VİDEO

Read more
Multimedia 05/02/2023 16:23

“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video

Read more
Multimedia 05/02/2023 12:17

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 05/02/2023 10:50

Bu şəxslər də ölkəyə gələ bilər – Naxçıvan sərhədində yenilik – VİDEO

Read more
Multimedia 05/02/2023 01:08

Ukrayna KİV-i Azərbaycanın azad olunmuş ərazilərinin bərpasını işıqlandırıb: Bu, bizimçün təcrübədir – VİDEO

Read more
Hadisə 04/02/2023 12:08

Ötən ay Sabunçuda narkotikə görə 49 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 03/02/2023 20:32

Şadlıq sarayları qiymətləri artırdı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla