Qış aylarında avtomobillə hərəkətə diqqət etməli olduğumuz kimi, nəqliyyat vasitəsinin daxilində saxlanılan əşyalara da fikir verməliyik. Metəxəssislər bir çox əşyaların qış aylarında avtomobildə saxlanılmasını düzgün hesab etmir.

“Qafqazinfo” qışda maşında saxlanılması tövsiyə edilməyən əşyaları təqdim edir:

Əksər musiqi alətlərinin qışda avtomobildə saxlanılması tövsiyə edilmir. Çünki simli alətlər temperaturun dəyişməsindən zədə ala bilər.

Elektron avadanlıqlar soyuğun təsirindən ciddi zərərlərlə üzləşə bilər. Təəssüf ki, soyuqdan və ya nəmdən zədələnmiş cihazlar zəmanətli təmirə məruz qalmır.

Bir çox dərman məhsulları da soyuqda öz tərkibini itirir və nəticədə sağlamlığa zərər vura bilər.

Qabyuyan mayelər və şüşə təmizləyicilər kimi bir çox  məhsulun tərkibində adi su var. Mənfi temperaturda həmin su buza çevrilə və maşın şüşəsini qıra bilər.

Bütün konservləşdirilmiş qidaların tərkibində su var. Maşna qoyulan dondurulmuş banka qırıla  və genişlənə bilər.

Soyuqda yumurta qabığı çatlayır və möhkəmliyini itirir. Bu, məhsulun səthində görünən zərər yaratmasa da, daxilində ciddi dəyişiklərə səbəb olur. Ona görə də yumurtanı maşında saxlamaq düzgün deyil.

Bir çox insanlar alkaqollu içkilərin tərkibindəki spirtə görə aşağı temperaturda donmadığına inanır. Lakin bir çox içki növləri soyuğa davamlı deyil və avtomobilə qoyulduqda mənfi temperaturda dona bilər.

İstinadlar Qafqazinfo