Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda tərəfdarları qarşısında çıxış edib.

Ərdoğan bir neçə gün əvvəl məhkəmə zalında qəfil vəfat edən Misirin sabiq Prezidenti Mursini xatırladıb.

O deyib ki, Mursi devriləndə, müxalif CHP ona xoşagəlməz mesajlar verib: “Mursi devrilib, həbs ediləndə, bu CHP “Ərdoğanın da aqibəti belə olacaq” deyirdi. Bunların düşüncəsi budur. Lakin biz heç kimdən qorxmuruq. Biz kəfənimzi geyinib, bu yola çıxdıq. İndi mən sizdən soruşuram: bazar günü Sisimi (Misirin hazırkı prezidenti), yoxsa Binəli Yıldırımmı deyəcəyik?”.

Ərdoğan sonda istanbullulara üz tutaraq, onlardan Binəli Yıldırıma səs vermələrini istəyib: “Sizdən Binəli qardaşımıza dayaq olmanızı gözləyirəm. Sizdən İstanbuldakı seçkidən istifadə edərək, Türkiyəni küncə sıxmaq istəyənləri qutulara gömməyinizi istəyirəm.

Siz bunlara Osmanlı şapalağı vurmağa hazırsınızmı?”.

Xatırladaq ki, bu bazar İstanbul şəhər bələdiyyəsinin sədrliyinə təkrar seçki keçiriləcək.

Seçkidə əsas yarış, 31 martda olduğu kimi, CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-li Binəli Yıldırım arasında gedəcək.

İstinadlar virtualaz