Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub.

Nigar Məmmədova Bakıda fəaliyyət göstərən bir şirkətin sahibidir. Türk mediasında B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.

Məsələ ilə bağlı danışan Nigar Məmmədova zinət əşyasının qiyməti haqda məlumat verməyib: “Qiyməti deməyəcəyəm. Bülənt xanıma nə qədər bahalı hədiyyə verilsə də, onun sənətinin qarşısında dəyərsizdir. Bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, N. Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi üzük brilliant və safirdən ibarət olub.

İstinadlar Qafqazinfo