Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində yenidənqurma işləri yekunlaşdırılıb.

Uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan küçədə yenidənqurma işləri başa çatıb.  Layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. 

Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı müterial tökülüb kipləşdirilib.
 



İstinadlar Qafqazinfo