Nərimanov rayonu, Ziya Bünyadov prospekti “Xutor” tunelində texniki nasaz avtomobil yolda qalıb.

Bu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyati İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, nasaz avtomobilin yolda qalması səbəbindən Yasamal rayonu, Qələbə dairəsindən başlayaraq metronun “Koroğlu” stansiyası  istiqamətində sıxlıq yaranıb.

Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.


İstinadlar Qafqazinfo