Bu yolda hərəkət məhdudlaşdırılır

Aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

 

İstinadlar Qafqazinfo

Bu yolda hərəkət məhdudlaşdırılır

Martın 1-i, günorta saatlarından etibarən Bibiheybət məscidindən başlayaraq şəhərə doğru istiqamətdə olan yolda hərəkət qismən (yol bağlanmır) məhdudlaşdırılır.

Buna səbəb yolda aparılan təmir-tikinti işləridir.

İstinadlar Qafqazinfo

Bu yolda hərəkət məhdudlaşdırılır

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətlik məhdudlaşdırılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

İstinadlar Qafqazinfo

Bu yolda hərəkət məhdudlaşdırılır

Akademik Milli Dram teatrının ətrafında yollarda hərəkət məhdudlaşdırılır. 

AAYDA-dan verilən məlumata görə, yollarda aparılan profilaktik işlər çərçivəsində 17 və 18 noyabr tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq. Ancaq yol bağlanmır.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələ xahiş olunur.

İstinadlar Qafqazinfo

Bu yolda hərəkət məhdudlaşdırılır

Sabah səhər saatlarından etibarən sonuncu lay asfalt-beton örtüyünün döşənməsi ilə əlaqədar olaraq Binəqədi-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq.

Məhdudlaşdırma işlər bitənədək tətbiq ediləcək. 

Sürücülər alternativ olaraq Masazır-Novxanı yolundan istifadə edə bilərlər.

İstinadlar Qafqazinfo