24 noyabr saat 10:00-dan 26 noyabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – məlumatda deyilir.

İstinadlar Qafqazinfo