Ziya Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə səbəbindən yolda sıxlıq müşahidə olunur. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev feysbuk hesabında bildirib. 

O bildirib ki, hazırda, həmçinin 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var: “Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır”.

 


İstinadlar Qafqazinfo