
“Enerji içkilərindən daha çox oğlan uşaqları istifadə edir”.
Bunu Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Səbinə Babazadə “Sağlam çəkiyə doğru” layihəsinin təqdimat mərasimində deyib.
O bildirib ki, 52 rayon üzrə 167 məktəbdə aparılan sorğuya görə, 11 və 13 yaşında olan qızlar demək olar ki, enerji içkilərindən istifadə etmirlər: “Amma 15 yaşa çatdıqda qızların 28.5 faizi hər gün bir dəfədən çox enerji içkilərindən istifadə edir”.
Gülnar Əliyeva