Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edir.

Müsabiqənin əsas məqsədi Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsindən ibarətdir.

Müsabiqə ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən analoji müsabiqələr 2018-ci, 2019-cu və 2020-ci illərdə təşkil edilib və qalib olmuş 1190 tələbənin təhsil xərcləri ötən müddət ərzində qarşılanıb.

İstinadlar Qafqazinfo