Daha iki təhsil işçisi Vətən müharibəsində şəhid olub. 

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində paylaşım edib. 

Qəhrəman döyüşçülərimidən biri Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimovdur. O, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 

Digər şəhidimiz isə Sabirabad Rayon Təhsil şöbəsinin əməkdaşı Xalid Nəciyevdir.  O, ordu sıralarına leytenant kimi qatılıb və torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında iştirak edib. 

Gülnar Əliyeva


İstinadlar Qafqazinfo