“İstedadlı əl işi olan əlillər üçün elektron portal yaradılacaq. Həmin əl işlərinin satışı üçün də imkan yaradılacaq”.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, həssas qruplardan olan şəxslər özləri qazanmalı, rifahlarını təmin edə bilməlidirlər.

Nazir vurğulayıb ki, sosial dəstək layihələri ədalətli bölünməlidir: “Bəzən məlumat boşluğu olanda, tam koordinasiya olmayanda bir ailəyə, bir şəxsə 3 ayrı qurum dəstək göstərir. Amma bəzən eyni vəziyyətdə olan digər ailəyə heç kim dəstək göstərmir. Ona görə də əlaqələndirmənin düzgün qurulması, ümumi məlumat bazasının yaradılması önəmlidir. Artıq belə bazamız mövcuddur. 2020-2021-ci ildə dəstək göstərilən 300 min şəxsin siyahısı həmin bazada var”.

Gülnar Əliyeva