Serbiyanın Novi Sad şəhəri 2022-ci ildə Avropa mədəniyyətinin paytaxtı seçilib.

Təntənəli mərasim Novi Sad Milli Teatrının binasında keçirilib.

Ölkənin Baş naziri Ana Brnabiç bildirib ki, Novi Sad investisiyaların cəlb edilməsi üzrə ölkənin lider şəhərlərindən biridir.

Qeyd edək ki, Voyevodina muxtar vilayətinin inzibati mərkəzi olan Novi Sad Serbiyanın ikinci ən böyük şəhəridir. Şəhərin əsası 1694-cü ildə qoyulub və Osmanlı imperiyasının dövründə Avstriya-Macarıstan ərazisində Serbiya mədəniyyətinin mərkəzi idi. Dunay çayının hər iki sahilində yerləşən şəhəri ölkədə “Serbiya Afinası” adlandırırlar.

Avropa mədəniyyəti paytaxtı titulu Avropa İttifaqının komissiyası tərəfindən verilir. İndiyədək 40-dan çox şəhər Avropa mədəniyyətinin paytaxtı seçilib. 2021-ci ildə bu titulun sahibi Riyeka (Xorvatiya) və Goluey (İrlandiya) şəhərləri olub.








İstinadlar Qafqazinfo