Türkiyənin Şanlıurfa şəhəri 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı seçilib.

Bu barədə Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası zamanı dörd ölkənin namizədi arasında Şanlıurfa 2023-cü il turizm şəhəri seçildi”, – deyə Ersoy qeyd edib.

Onun sözlərinə görə, Özbəkistanın Xivə şəhəri isə 2024-cü ildə turizm paytaxtı seçilib. 

 

İstinadlar Qafqazinfo