Bu rayonlarda qaz olmayacaq

Oktyabrın 15-də səhər saat 09:00-dan 18:00-dək Biləsuvar rayonunun mərkəzi və bir neçə yaşayış sahəsində qaz təminatında fasilə yaranacaq. 

Bu zaman orta təzyiqli qaz xətti üzərində quraşdırma, əvəzlənmə və qaz sızmalarının ləğvi işləri aparılacaq. 

Eyni saatlarda Goranboy rayonu, Dəliməmmədli şəhərinin Səməd Vurğun küçəsində yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə bağlı rayonun bir neçə kənd və qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. 

Saat 10:00-dan etibarən isə Suraxanı rayonu, Yeni Suraxanı və Bül-Bülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərdə qaz təminatında fasilələr olacaq

İstinadlar Qafqazinfo

Bu rayonlarda qaz olmayacaq

Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək “Gəncə-Qazax-Gürcüstan” Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq.

verilən məlumata görə, bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq. Bundan başqa “Qaz İxrac” İdarəsi sentyabrın 23-də səhər saatlarından bir sıra təmir işləri planlaşdırır. Bununla bağlı olaraq saat 09:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsində bir qrup abonentin, saat 10:00-dan etibarən işlər başa çatanadək isə “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz fasilələrlə veriləcək.

İstinadlar Qafqazinfo

Bu rayonlarda qaz olmayacaq

Bu gün bir sıra rayonlarda qaz verilişi dayandırılacaq.

Qaz İxrac İdarəsinin balansında olan magistral kəmərlərdə aparılan təmir işləri ilə bağlı avqustun 5-i saat 09:00-dan etibarən avqustun 7-si işlər başa çatanadək Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay rayonlarının bir neçə kənd və yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bundan başqa, Qaz İxrac İdarəsinin balansında olan digər magistral kəmərlərdə bərpa işləri ilə bağlı avqustun 5-i saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.

İstinadlar Qafqazinfo

Bu rayonlarda qaz olmayacaq

Bu gün saat 10:00-dan 15:00-dək Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

verilən məlumata görə, bu müddət ərzində “Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq. Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10.00-dan Ucar rayonunda 6 kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, o cümlədən Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.

 

İstinadlar Qafqazinfo

Bu rayonlarda qaz olmayacaq

Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-ın saytında verilən məlumata görə, aprelin 1-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” və “Şahağacı”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Hacıməlik” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.