Ölkədə pambıq yığımı mövsümü davam edir.

Pambıqçılıq rayonlarından olan İmişlidə də bu iş sürətlə davam etdirilir. Rayon İcra Hakimiyyətindən bildirilib ki, İmişlidə gün ərzində orta hesabla 550 ton pambıq yığılır. Hədəf isə bu mövsümdə dövlətə 26 min ton pambıq verməkdir.

Xəbərdə qeyd olunur ki, rayonda bu il 13645 ha sahədə pambıq əkilib. Bu günə qədər 6096,34 ton pambıq təhvil verilib. Kənd təsərrüfatı texnikaları ilə bərabər pambıq sahələrində 7605 nəfər canlı qüvvə də əl yığımında iştirak edir. Ümumilikdə sahələrə 33 ədəd kombayın cəlb edilib. “Hazırkı hava şəraitinin normal keçməsi hədəfimizə çatmağa imkan verir”.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin tapşırığı ilə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə pambığın alış qiyməti qaldırılıb. Belə ki, 1-ci növ pambığın alış qiyməti 600 manatdan 650 manata, 2-ci növ 580 manatdan 630 manata, 3-cü növ 540 manatdan 590 manata, 4-cü növ 500 manatdan 550 manata qaldırılıb.

Oxumağa dəyər:   Tramp İŞİD-ə 30 gün vaxt qoydu

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir. 




İstinadlar Qafqazinfo