Hazırkı vəziyyətdə Kim Çen ilk raundu qalib kimi başa vurdu və artıq məsələni yumşaltmağa yönəlib

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əlbəttə, bu raundu Kim Çen qazandı. O, özünün strateji problemini həll etdi. Əlində nüvə başlığı, 13 min kilometr məsafəni – dünyanın hər yerini vura biləcək raketləri var”, – Putin deyib.
Qeyd edək ki, Şimali Koreya nüvə başlığı daşımaq imkanına malik “Hvasonq-15” raketini sınaqdan keçirmişdi.