“İşğalçılara səssiz qalıb vətənlərini müdafiə edənlər və onlara dəstək olanları günahlandıranların sözünün bizim üçün dəyəri yoxdur”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışında deyib. O, Ermənistanın əməllərinə səssiz qalanları və dəstək olanları qınayıb:

“Türkiyə olaraq özümüzü tək millət, iki dövlət olaraq gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımızla, bütün qəlbimizlə dəstək olmağa davam edəcəyik. Bu bölgədə dayanıqlı sülhün yolu, ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməyindən keçir.

Ermənistan hakimiyyətini hər şeyi bir kənara buraxıb, inadla Türkiyəyə böhtan atmaq səyləri də qurtara bilməyəcək. Bu quldur dövlətə dəstək verənlərə xəbərdarlıq edirəm ki, insanlığın ortaq vicdanı qabağında sorğu-sual olunacaqlar. Rəbbim azərbaycanlı qardaşlarımızın köməyi olsun. Bu mübarizədə şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.