Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

Həmin paylaşımda deyilir:

“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. 

Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

İstinadlar Qafqazinfo