İnzibati tənbeh tətbiqetmə haqqında qərarın icra müddəti 1 ildən 5 ilə artırılması təklif edilir. 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Bildirilir ki, 146.1-1-ci maddəyə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Qeyd edək ki, əvvəllər bu Məcəllənin 22.1.2-ci tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmirdi.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

İstinadlar Qafqazinfo