Milli Məclis sədrinin müavini Valeh Ələsgərov “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin Konstitusiyaya zidd olması ilə bağlı deputatlar tərəfindən səsləndirilən iradlara cavab verib.

V. Ələsgərov qeyd edib ki, bu qanun qəbul olunandan sonra əlbəttə ki başqa qanunlarla uyğunlaşdırılmalıdır: “Mən İşçi Qrupunun üzvlərini və ekspertləri komitəmizdə aparılan müzakirələrdən sonra Ələtə apardım. İki gün orada olduq və hamısının fikirləri tanışlıqdan sonra tamamilə dəyişdi. Ən qabaqcıl təcrübəni masanın üstünə qoymuşuq. Bunu mən, Valeh Ələsgərov icad etməmişəm. Qanunun beynəlxalq təcrübəyə uyğun olduğunu da görəndən sonra sizə əminliklə onu təqdim etdim. Kim  desə ki, Ələt öz-özünə cəlbedicidir,bu, yanlışdır. Ələti cəlbedici etmək üçün belə qanunvericilik lazım idi”.

Parlamentin Hüquq siyasəti və dövlət qurucuıuğu komitəsinin sədri Əli Hüseynli  də sözügedən məsələyə münasibət bildirib. 

Onun sözlərinə görə, sənəddə Konstitusiya ilə ziddiyyət təşkil edən heç bir məqam yoxdur:

Oxumağa dəyər:   "Kəndin mərkəzində daş-qalaq edib öldürüblər" - Qız qaçıdığına görə öldürülən oğlanın atası - VİDEO

“Əslində bu sənəddə bəzi məsələlərin mövcud qanun və qaydalardakı məqamlardan üstün olması lazımdır. Çünki söhbət azad iqtisadi zonalardan gedir. Bu zonların yaradılması bir çox üstünlükləri tələb edir və xarci investorlar da məhz iş görərkən bu məqamlara söykənirlər. Ona görə də burada Konstitusiya ilə ziddiyyətlərin təşkil edilməsin söhbət gedə bilməz və bunlara da əsas yoxdur”.

Qeyd edək ki, qanun lahiyəsi birinci oxunuşda konseptual şəkildə səsə qoyularaq qəbul edilib.

 

İstinadlar Qafqazinfo