İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin siyahısı azalıb.

Bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş siyahıdan məlum olub.

Siyahıya görə, İraq və İordaniya artıq imzalayanlar sırasında yoxdur. Beləliklə, imzalayanların sayı 80-dən 78-ə, imzalamayan ölkələrin sayı isə 15 olub.

İraq və İordaniyanın niyə imzalarını geri çəkməsinin səbəbi bəlli deyil.

Səudiyyə Ərəbistanı, Hindistan, Cənubi Afrika Respublikası, Tailand, İndoneziya, Meksika və Birləşmiş Ərəb Əmirlikləri sammitdə iştirak etsə də, yekun kommünikeni imzalamayıb. Braziliya isə yalnız “müşahidəçi statusu” ilə iştirak edib və yekun mətni dəstəkləməyib.
Sammitə qatılan, amma sənədi imzalamayanlar siyahısında Ermənistan də var.  Azərbaycan isə sammitə ümumiyyətlə qatılmayıb.