
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının ölkənin diplomatik və xidməti pasportlarına sahib şəxsləri üçün vizasız rejimi dayandırmaq barədə qərarını tənqid edib.
Kobaxidze bu barədə brifinqdə danışıb və Aİ-nin bu addımını anti-Gürcüstan qərar adlandırıb.
O, həmçinin beş ölkənin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə çıxış etdini qeyd edib və həmin dövlətlərə təşəkkür edib: “Bu ölkələr Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyadır. Onlar gürcü xalqının maraqlarını qorudular”.
Xatırladaq ki, Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda gürcü diplomatlar üçün vizasız gediş-gəlişi dayandırmaq barədə razılığa gəliblər.