“National Geographic” kanalı instaqram hesabından çəkiliş zamanı ortaya çıxan qeyri-adi kadrları paylaşıb. 

Fotolar içərisində ən çox marağa səbəb olan isə İndoneziyalı bir şəxsin anasının meyidini qəbirdən çıxardıb əli ilə havaya qaldırması olub.

Fotodan məum olur ki, hələ də İndoneziyada meyidləri məzarlarından çıxardıb gəzdirmə adəti yaşayır.

Qeyd edək ki, bu ölkənin Sulavesi adasında yaşayan bəzi tayfalar ölülərini şərəfləndirmək üçün onları uzun müddət evlərinin içərisində saxlayırlar.

Böyük marağa səbəb olan sözügedən fotonu təqdim edirik.

İstinadlar Qafqazinfo