İsrailin baş naziri Binyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt şəkildə tənqid edib.

Netanyahu “Feysbuk” səhifəsindəki paylaşımında Ərdoğanı “diktator”a bənzədib.

İsrail baş naziri qeyd edib: “Bu necə komediyadır? Ərdoğan həbsxanaları hüquqşünaslar və jurnalistlərlə doldurduğu halda, İsrail demokratiyasına dil uzadır.

İsraildə heç kəs ikinci sinif vətəndaş deyil. İsrail bütün israillilərin demokratiyasıdır. Təxminən 2 milyon israilli ərəbin də demokratiyasıdır. Hər kəs bərabər hüquqlara malikdir. Lakin İsrail yeganə və tək yəhudi dövlətidir.

Bayrağımızda Davudun ulduzu var, himnimiz də “Xatikva”dır (“Ümid”). Qanunlarımız da bütün yəhudilərə öz vətənlərinə geri qayıtmaq imkanı verir”

İstinadlar virtualaz