“Azərbaycanın geniş formada sosial-iqtisadi inteqrasiyası hazırdır. Bu, müvafiq aidiyyəti qurumlarla hazırlanıb”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, daxili məsələ Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası olub: “Bu günə kimi Prezident Administrasiyası tərəfindən göndərilən dəvətlər əfsuslar olsun ki, separatçı rejim tərəfindən imtina edilirdi”.