24 saylı Nizami birinci seçki dairəsindən namizəd Şükürova seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Müraciətçi sözügedən dairənin bir sıra məntəqələrində qanun pozuntularının olmasını iddia edib və səsvermə nəticələrinin ləğvini tələb edib.

Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Namizəd səsvermə günü səsvermə prosesinin qanunvericiliyə uyğun aparılmadığını iddia edib. İddia edilən pozuntularla əlaqədar 24 saylı Nizami seçki dairəsinin komissiyası tərəfindən araşdırılıb və iddianın əsassız olduğu bildirilib. MSK-nın ekspert qrupu tərəfindən aparılan Araşdırma zamanı isə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermə nəticələrinə təsir edə biləcək pozuntular aşkar edilib. Qeyd edilən seçki məntəqələrində səsvermə nəticələri ləğv edilib və Şükürovanın müraciəti qismən təmin edilib. Təklif səsə qoyularaq qəbul edilib.

Daxilqızı

İstinadlar Qafqazinfo