Bu ilin mayında Düşənbədə buzlaqların mühazifəsi ilə bağlı beynəlxalq forum keçiriləcək.
Bunu Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda Asiya Parlament Assambleyasının (APA) Bakıda, Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
Qlobal ictimaiyyətin Tacikistanın su və iqlim problemlərinə cavab verməsi ölkəmizin bu sahədə rolunun nəticəsidir.
O qeyd edib ki, hazırda iqlimin görünməmiş istiləşməsi ətraf mühitə ciddi təsir göstərir:
“İqlim dəyişiklikləri Mərkəzi Asiyada su ehtiyatlarının 60 faizini təşkil edən Tacikistan buzlaqlarının bir hissəsinin əriməsinə gətirib çıxardı. Ona görə də buzlaqları mühafizə günü təsis edilib və onların qorunması üçün daha çox addımlara ehtiyac var. Bu il may ayında Düşənbədə buzlaqların mühazifəsi ilə bağlı beynəlxalq forum keçiriləcək. Bu forumda Asiya dövlətlərinin aktiv iştirakını gözləyirik”.