Bu ilin yanvar-may ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 934 nəfər cəlb edilib.
Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının yaydığı xəbərdə deyilir.
Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilənlərdən 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş və ondan yuxarı isə 2 min 240 nəfər təşkil edir.