Bu ilin əvvəlindən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması üzrə 1900 müraciət daxil olub.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Eldar Orucov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, müraciətlərin 76 faizi ilə bağlı müsbət, 24 faizi ilə bağlı isə mənfi qərar verilib.

E. Orucov əlavə edib ki, müraciətlərə orta baxılma müddəti 10 iş günü olub.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo